MakerPrint 3D Çap və Hissələr https://3dprinter.az/ 3D Çap Xidmətləri və Printer Hissələrinin Satışı Tue, 18 Oct 2022 13:42:17 +0000 az hourly 1 https://wordpress.org/?v=6.5.3 https://3dprinter.az/wp-content/uploads/2022/12/cropped-3dprinterAZ-favicon-32x32.png MakerPrint 3D Çap və Hissələr https://3dprinter.az/ 32 32 3D Printer Çap Texnologiyaları https://3dprinter.az/3d-printer-cap-texnologiyalari/ Sun, 16 Oct 2022 18:17:13 +0000 https://3dprinter.az/?p=1775 Həvəskarların 3D çap işinə başlamazdan öncə ən çox düşündükləri doğru 3D Printerin seçilməsidir. Günümüzdə 3D Printerlər müxtəlif çap texnologiyalarından istifadə edir və bu texnologiyaların müsbət və mənfi tərəfləri mövcutdur. 3D...

The post 3D Printer Çap Texnologiyaları appeared first on MakerPrint 3D Çap və Hissələr.

]]>
Həvəskarların 3D çap işinə başlamazdan öncə ən çox düşündükləri doğru 3D Printerin seçilməsidir. Günümüzdə 3D Printerlər müxtəlif çap texnologiyalarından istifadə edir və bu texnologiyaların müsbət və mənfi tərəfləri mövcutdur. 3D həvəskarları 3D Printerlərin müsbət və mənfi tərəflərini bilərək daha düzgün seçim edə bilərlər. 3D Printerlərin çap texnologiyaları 2015-ci ildə ISO/ASTM 52900 tərəfindən standartlaşdırılıb və kateqoriləşdirilib. Ümumilikdə bu kateqoriyalara FDM, SLA, MSLA, DLP, SLS, DMLS, SLM, EBM texnologiyaları ilə işləyən 3D printerləri misal göstərmək olar. SLS, SLA və FDM texnologiyaları ilə işləyən 3D printerlərlə bağlı ətraflı məlumatı bu yazıda oxuya bilərsiniz.

SLS 3D Printer texnologiyası

SLS (Selective Laser Sintering) texnologiyası printerin daxilində yerləşdirilmiş qab içərisinə doldurulan polimer tozunun füzyon lazer texnologiyası vasitəsi ilə əridilərək model çap olunmasını təmin edir.

Əvvəlcə 3D printer daxilinə yerləşdirilən qutudakı polimer tozu ərimə temperaturundan bir qədər aşağı temperatura qədər isidilir. Daha sonra bir mexanizm hərəkət edərək qutudakı tozun çox az hissəsini çap lövhəsi üzərinə toz qatı formasında yayır. Hərəkət edən bu mexanizm toz qatını 0.1mm qalınlığında yayır. CO2 və ya Fiber lazer ilə həmin toz qatı olan çap lövhəsinə lazer işıqları yollamağa başlayır. Lazer işıqlarına məruz qalan hissələr əriyərək qatılaşmağa başlayır. Qatılaşan hissənin altında olan platforma hər dəfə lazer işini bitirdikdən sonra bir qat aşağı enir. Hərəkətli mexanizm yenidən ərimiş qatın üzərinə toz qatını yayır və yenidən lazer işıq şuaları salaraq əvvəl əriyən qatın üzərindəki toz qatını yenidən əritməyə başlayır. Üst qat əridikdə alt qata birləşir və yapışır. Bu addımlar bütün model çap olana qədər təkrarlanır. Lazerin əritmədiyi kənarda qalan toz təbəqələri çap zamanı modelin tərpənməməsi üçün dəstək rolunu oynayır. Bu isə modelin əlavə dəstək dayaqlarına ehtiyacını bir qədər azaldır.

μSLS texnologiyası SLS texnologiyasına bənzəsədə daha mikron ölçülərdə lazer ilə çalışır. SLS normalda plastik xammaldan istifadə etsədə μSLS daha çox metal tozu ilə işləyə bilən 3D çap texnologiyasıdır. μSLS texnologiyası ilə yüksək keyfiyyətli 3D metal əşyalar çap etmək mümkündür, ancaq bu texnologiya bir qədər bahalı olduğu üçün çox geniş istifadə edilmir.

SLS texnologiyası ilə qarışıq modellərin çap olunması əlverişlidir. SLS texnologiyası ilə çap olan əşyalar basqı maşınları ilə hazırlanan qəliblənmiş əşyalardakı kimi dözümlülüyü ilə bilinən xüsusiyyətlərə malik olurlar. SLS ilə çap olunan əşyaların üz təbəqəsi bir qədər nahamar olsada görünən qat izləri demək olar ki, heç yoxdur.

SLA 3D Printer texnologiyası

SLA (Stereolitoqrafiya) çap texnologiyası dünyanın ilk 3D çap texnologiyasıdır. Stereolitoqrafiya 1986-cı ildə Chuck Hull tərəfindən ecad olunub və 3D Systems şirkətini quraraq ecadını patentləşdirib.

SLA texnologiyalı printerlərin içərisində xüsusi maye mövcutdur və printer biri X oxunda, digəri isə Y oxunda olmaqla qalvanometrlər və ya qalvolar kimi tanınan güzgülərə malikdir. Sürətlə gələn lazer şüası bu güzgülər vasitəsi ilə xüsusi maye qabına yönəlir və lazer şüası mayeni sərtləşdirərək plastikləşdirir. Xüsusi mayenin lazer şüası vasitəsi ilə sərtləşməsi prosesi fotopolimerləşmə adlanır. Lazer şüaları modelin qatlarını həm də bir-birilərinə yapışdırır. Bu texnologiya ilə model tərsinə yuxarıdan aşağı formada aşağıya doğru çap olunur.

Profesional işlər üçün SLA Printerlər çox yaxşıdır. SLA texnologiyası ilə çap olunan modellərdə model çox dəqiq, görünüşü yaxşı və üzəri hamar olur. SLA Printerlərlə çap olunan modelin çap qatları digər printer texnologiyalarına nisbətən gözlə çox az görünür. SLA texnologiyalı printerlər mühəndislikdə, dişçilikdə, zərgərlik məmulatlarının hazırlanmasında və s. kimi bir çox dəqiqlik lazım olan sahələrdə geniş istifadə edilir.

FDM 3D Printer texnologiyası

FDM (Fused Deposition Modeling) texnologiyalı 3D printlər dünyada ən geniş yayılan və orta büdcəli 3D printerlər hesab olunur. FDM printerləri bəzən FFF də adlandırırlar.

Ümumilikdə bu printerlərin işləmə forması bir filament topasının 3D printerə taxılması və filamentin ekstrudorun ucundakı nozuldan (ucluq) əriyərək çıxması şəkilindədir. Nozul lazım olan temperatura qədər isinir. Bir motor 3D printerə taxılan filamenti nozula itələyərək əriməsinə səbəb olur. Bu zaman 3D printerin ekstrudoru çap lövhəsi üzərində əvvəlcədən müəyyən olunan koordinatlarla hərəkət edərək əriyən filamenti çap lövhəsinə tökür. Çap lövhəsi ilə nozul arasında məsafə çox az olmalıdır. Bir qat tamamlandığında ekstrudor bir qat yuxarıya qalxaraq eyni prosesi yenidən ən sonda model tam çap olana qədər davam etdirir.

FDM texnologiyasında ABS, PLA və digər filament növləri ilə 3D modellər çap etmək olur. Filamentlər haqqında buradan ətraflı məlumat ala bilərsiniz. Sadə və aşağı büdcəli prototip parçaların hazırlanması üçün çox əlverişli texnologiyadır.

FDM ilə çap olunan əşyaların çap qatları gözlə görünə və qarışıq modellərdə çap prosesi düzgün nəticə verməyə bilir. FDM texnologiyası ilə işləyən 3D printerlər SLA və SLS ilə müqayisədə keyfiyyətcə aşağı göstəriciyə malik, qarışıq modelləri çap etmək üçün əlverişli seçim olmasada layihələrdə prototiplərin hazırlanması üçün çox geniş istifadə olunur.

The post 3D Printer Çap Texnologiyaları appeared first on MakerPrint 3D Çap və Hissələr.

]]>
3D Printer Kursu https://3dprinter.az/3d-printer-kursu/ Fri, 14 Oct 2022 12:01:42 +0000 https://3dprinter.az/?p=1767 📣  “Makerspace Azərbaycan MMC” tərəfindən təşkil olunan “3D Printer Kursu”na qeydiyyat başladı. Sizləri kursumuzda görməkdən məmnun olarıq. 📌 “3D Printer Kursu”nun müddəti 1 ay olub, dərslər həftədə 1 dəfə (bazar günü)...

The post 3D Printer Kursu appeared first on MakerPrint 3D Çap və Hissələr.

]]>
📣  “Makerspace Azərbaycan MMC” tərəfindən təşkil olunan “3D Printer Kursu”na qeydiyyat başladı. Sizləri kursumuzda görməkdən məmnun olarıq.

📌 “3D Printer Kursu”nun müddəti 1 ay olub, dərslər həftədə 1 dəfə (bazar günü) bir saat otuz dəqiqə olmaqla keçiriləcək. Ümumi 1 aylıq kurs müddəti ərzində 5 dərs keçiriləcək. Kursda tələbələr 3D printerə dizayn hazırlamaqdan tutmuş, dizaynı printer proqramında işləməyə və dizaynı çapa verməyə qədər hər mərhələni əyani olaraq görəcəklər. Kursda təlim müddətində aşağıdakı mövzular tələbələrə keçiriləcəkdir.

✅ TinkerCad proqramında dizaynın hazırlanması

✅ Dizaynın 3D proqramında çap üçün uyğunlaşdırılması

✅ 3D printerin ümumi quruluşu, işləmə mexanizmi haqqında

✅ 3D printerin çap prosesinə hazırlığı

✅ 3D printerdə çapın təşkili, dizaynın çapa verilməsi

✅ Hazır 3D dizayn platformaları, 3d dizayn üzərində sonradan düzəlişlərin aparılması

📣 Kursun aylıq ödənişi 60 manatdır. Yerlər məhdud saydadır.

📣 Qeydiyyat linki: https://forms.gle/KvwfHvPAgtK5x8Ft6

The post 3D Printer Kursu appeared first on MakerPrint 3D Çap və Hissələr.

]]>
3D Çap Zamanı İstifadə Olunan Filamentlərin Növləri https://3dprinter.az/3d-cap-zamani-istifade-olunan-filamentlerin-novleri/ https://3dprinter.az/3d-cap-zamani-istifade-olunan-filamentlerin-novleri/#comments Tue, 11 Oct 2022 15:07:00 +0000 http://kits.themecy.com/membership/?p=146 3D çap zamanı istifadə olunan bir sıra filament növləri mövcutdur. Çap etməzdən əvvəl sizə lazım olan filament növünü düzgün seçməyiniz lazımdır. Filamentlərin müxtəlif xarakteristik özəllikləri var. Bəzi növ filamentlər istiliyə...

The post 3D Çap Zamanı İstifadə Olunan Filamentlərin Növləri appeared first on MakerPrint 3D Çap və Hissələr.

]]>
3D çap zamanı istifadə olunan bir sıra filament növləri mövcutdur. Çap etməzdən əvvəl sizə lazım olan filament növünü düzgün seçməyiniz lazımdır. Filamentlərin müxtəlif xarakteristik özəllikləri var. Bəzi növ filamentlər istiliyə dözümsüz olur, bəzi növ filamentlər isə elastik olur, bəziləri çox sərt olur. 3D dizayn işləri ilə məşğul olduğunuzda real işləyə bilən prototiplər hazırladığınız zaman prototipinizin yaxşı işləməsi üçün filament seçimi önəmlidir.

3D çap üçün istehsal olunan müxtəlif növ filamentlər mövcutdur. Bunlar PLA, ABS, PETG (PET, PETT), Karbon Fiber, PVA, HIPS, TPU, NYLON (PA) və s.-dir. Filamentlərin növləri çoxdur ancaq ən çox istifadə olunan növlər PLA, ABS, PETG, TPU filamentləridir. Aşağıda ən çox istifadə olunan bu filamentlərin texniki xarakteristik xüsusiyyətləri haqqında məlumat ala bilərsiniz.

PLA filament

Tərkibində Polilaktik asid olan PLA filament, ABS ilə hər zaman müqayisə edilsədə sözsüz ki, ən çox istifadə olunan filament növlərindən biridir.

  • Sərtliyi ortadır,
  • Elastikliyi zəifdir,
  • Dözümlülüyü ortadır,
  • Çap temperaturu 180 – 230°C-dir,
  • Çap lövhəsi temperaturu 20 – 70°C-dir.

PLA filamentlə 3D çap etmək çox rahatdır. ABS filamentlərindən daha aşağı temperaturlarda 3D çap etməyə imkan verir. Çap zamanı çap lövhəsindən qopmur, soyulmur. PLA filamentin başqa bir üstünlüyü ondan ibarətdir ki, ABS kimi ətrafa pis qoxu yaymır. Çoxu zaman PLA filament iysizdir. Ancaq PLA filamentlərin istehsalçı növlərinə görə bu vəziyyət dəyişə bilər. PLA filamentin bir başqa yaxşı xüsusiyyəti demək olar ki, sonsuz sayda rəng çeşitinin olmasıdır. Qeyriadi rəngli və görünüşlü (məs, qaranlıqda parlayan) 3D modellərin çap edilməsi zamanı PLA növ filamentlərdən geniş istifadə olunur.

PLA digər filamentlərə nəzərən daha kövrək və tez sına biləndir. Bu səbəbdən telefon qoruyucusu, tez aşına bilən oyuncaqlar və ya cihaz qulpları kimi bükülə bilən modellərinizi PLA filamenti ilə çap etməməlisiniz. PLA filamenti 60°C-dən yuxarı temperaturlarda əriməyə meyilli olduğu üçün yüksək temperaturla işləyən modellərinizi PLA filamenti ilə çap etməməlisiniz. PLA filamenti bu nüanslara diqqət edərək istifadə etməyiniz tövsiyyə olunur.

ABS filament

Akrilonitril Butadien Stirol sözünün baş hərfləri olan ABS filament növü 3D çaplar zamanı PLA filamentindən daha az tanınır. Çap etməsi biraz daha çətin olsada keyfiyyətinə görə PLA filamentindən daha üstün hesab edilir. 3D printerin isti çap lövhəsi olmadan və çap lövhəsi üçün yapışdırıcı kley istifadə edilmədən ABS filamenti ilə çap olunan 3D model çap lövhəsindən qopmağa, soyulmağa meyillidir.

Adətən qəlibləmə ilə alınan modellərdə məsələn lego kərpiclər, velosiped qoruyucu başlıqları kimi məişət və istehlak mallarında ABS-dən geniş istifadə olunur.

  • Sərtliyi yüksəkdir,
  • Elastikliyi ortadır,
  • Dözümlülüyü yüksəkdir,
  • Çap temperaturu 210 – 250°C-dir,
  • Çap lövhəsi temperaturu 80 – 110°C-dir.

ABS filamenti ilə hazırlanan məhsullar yüksək davamlılığa və yüksək temperaturlara tab gətirmək qabiliyyətinə malikdir, lakin 3D printer həvəskarları 3D çap zamanı bu filamentin yüksək çap temperaturuna, təhlükəli dumanlarına qarşı çox diqqətli olmalıdırlar. O cümlədən, çap olunan modelin soyuması zamanı əyilmə riskinə qarşı hazırlıqlı olmalıdırlar. Çap zamanı 3D çap löhvəsinin qızmasından və otağın yaxşı havalandırılmasından əmin olmaq lazımdır.

ABS filamenti ilə çap olunan modellər sərt olur, yüksək stressə və temperatura tab gətirə bilir. Bu göstəricilər ilə demək olar ki, ABS filamenti 3D printer üçün yaxşı xammaldır. ABS filamenti ən çox çap olunan əşyanın sıx və yüksək temperaturlu mühitdə istifadə edilməsi zamanı tələb görür.

PETG (PET, PETT) filament

Polietilen tereftalat (PET), dünyada ən çox istifadə edilən plastik növlərindən biridir. Ən çox su qablarında istifadə olunan polimer kimi tanınır. Paltar liflərində və qida qablarında da istifadə olunur. 3D çapda xam PET nadirən istifadə olunsada PETG daha çox istifadə olunan 3D print filamentidir.

  • Sərtliyi yüksəkdir,
  • Elastikliyi ortadır,
  • Dözümlülüyü yüksəkdir,
  • Çap temperaturu 220 – 250°C-dir,
  • Çap lövhəsi temperaturu 50 – 75°C-dir.

PETG sözünün sonundakı “G” hərfi “qlikol” mənasına gəlir. 3D çap üçün xammal olaraq daha təmizdir, daha az kövrəkdir, çapı daha asandır. Bu səbəbdən PETG filamenti ABS və PLA filamentlərinin tam ortasında yerləşir. PLA filamentindən daha elastik və dözümlüdür, ABS filamentindən daha asan çap etmək olur.

Polietilen koTrimetilen Tereftalat (PETT) başqa bir PET variantıdır. PETG-dən bir qədər daha sərt olan bu 3D printer filamenti şəffaflığı ilə daha çox tanınır.

3D printer həvəskarları PETG-dən istifadə edərkən üç əsas məqamı yadda saxlamalıdırlar:

  1. PETG higroskopikdir, yəni havadan nəm udur. PETG-nin havadan nəm udması sonradan çap keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu səbəbdən PETG filamentini sərin, quru yerdə saxlamalısınız və lazım gələrsə istifadə etməzdən əvvəl qurutmalısınız.
  2. PETG filamenti çap zamanı yapışqan olur. Yapışqan olmağı 3D printer üçün xoş olmasada modelin qatlarının rahat yapışması üçün yaxşıdır.
  3. PETG ilə çap olunan modellər kövrək olmasada ABS ilə çap olunan modellərə nisbətən daha asan cızılırlar.

PETG filamenti elastikliyi, sərtliyi və yüksək temperaturlara və zərbəyə dözümlülüyüylə digər başqa 3D print filamentlərindən fərqlənir. Mexaniki parçalar, sənaye tipli parçalar kimi daimi istifadə olunan və stresə məruz qalan əşyalar üçün yaxşı seçim ola bilər.

TPU (TPE, TPC) filament

Termoplastik elastomerlər (TPE) rezin kimi keyfiyyətlərə malik əyilə bilən və dözümlü plastiklərdir. TPE filamentlərindən adətən avtomobil hissələri, məişət texnikası və tibbi ləvazimatların istehsalı üçün istifadə olunur.

  • Sərtliyi zəifdir,
  • Elastikliyi yüksəkdir,
  • Dözümlülüyü yüksəkdir,
  • Çap temperaturu 210 – 230°C-dir,
  • Çap lövhəsi temperaturu 30 – 60°C-dir.

TPE ko-polimerlərin və polimer qarışıqlarının geniş sinifidir. Yumşaq və uzana bilən bu filamentlər ABS və PLA-nın dözə bilməyəcəyi fiziki stresə tab gətirə bilir. Ancaq TPE filamentləri çap etmək elədə asan deyil.

Termoplastik poliuretan (TPU) TPE-nin xüsusi bir çeşididir və məşhur elastik 3D printer filamentlərindəndir. TPE ilə müqayisədə nisbətən TPU bir qədər daha sərtdir, ancaq bu çap edilməsini asanlaşdırır. Həm də bir az daha dözümlüdür və soyuqda elastikliyini daha yaxşı saxlaya bilir.

Termoplastik kopoliester (TPC) TPU qədər istifadə olunmasa da başqa bir TPE çeşididir. TPC filamentinin kimyəvi, UV şüalarına və istiliyə (150°C-ə qədər) yüksək müqaviməti onun əsas üstünlüyüdür.

Elastik xüsusiyyətli, ancaq çox aşınmaya məruz qalacaq əşyaları çap etmək istədiyiniz zaman TPE və ya TPU filamentlərindən istifadə etməyiniz tövsiyyə olunur. Nümunə modellərə oyuncaqları, telefon qablarını, taxıla bilən (qolbağ) əşyaları sadalamaq olar. TPC ilə çöl məkanlarda, zorlu şəraitdə, avtomobillərin hissələrində istifadə olunan əşyaları və detalları çap edərkən yaxşı nəticə verə bilir.

The post 3D Çap Zamanı İstifadə Olunan Filamentlərin Növləri appeared first on MakerPrint 3D Çap və Hissələr.

]]>
https://3dprinter.az/3d-cap-zamani-istifade-olunan-filamentlerin-novleri/feed/ 1