Filament Archives - MakerPrint 3D Çap və Hissələri https://3dprinter.az/category/filament/ 3D Çap Xidmətləri və Printer Hissələrinin Satışı Tue, 18 Oct 2022 13:42:17 +0000 az hourly 1 https://wordpress.org/?v=6.6.2 https://3dprinter.az/wp-content/uploads/2022/12/cropped-3dprinterAZ-favicon-32x32.png Filament Archives - MakerPrint 3D Çap və Hissələri https://3dprinter.az/category/filament/ 32 32 3D Çap Zamanı İstifadə Olunan Filamentlərin Növləri https://3dprinter.az/3d-cap-zamani-istifade-olunan-filamentlerin-novleri/ https://3dprinter.az/3d-cap-zamani-istifade-olunan-filamentlerin-novleri/#comments Tue, 11 Oct 2022 15:07:00 +0000 http://kits.themecy.com/membership/?p=146 3D çap zamanı istifadə olunan bir sıra filament növləri mövcutdur. Çap etməzdən əvvəl sizə lazım olan filament növünü düzgün seçməyiniz lazımdır. Filamentlərin müxtəlif xarakteristik özəllikləri var. Bəzi növ filamentlər istiliyə...

The post 3D Çap Zamanı İstifadə Olunan Filamentlərin Növləri appeared first on MakerPrint 3D Çap və Hissələri.

]]>
3D çap zamanı istifadə olunan bir sıra filament növləri mövcutdur. Çap etməzdən əvvəl sizə lazım olan filament növünü düzgün seçməyiniz lazımdır. Filamentlərin müxtəlif xarakteristik özəllikləri var. Bəzi növ filamentlər istiliyə dözümsüz olur, bəzi növ filamentlər isə elastik olur, bəziləri çox sərt olur. 3D dizayn işləri ilə məşğul olduğunuzda real işləyə bilən prototiplər hazırladığınız zaman prototipinizin yaxşı işləməsi üçün filament seçimi önəmlidir.

3D çap üçün istehsal olunan müxtəlif növ filamentlər mövcutdur. Bunlar PLA, ABS, PETG (PET, PETT), Karbon Fiber, PVA, HIPS, TPU, NYLON (PA) və s.-dir. Filamentlərin növləri çoxdur ancaq ən çox istifadə olunan növlər PLA, ABS, PETG, TPU filamentləridir. Aşağıda ən çox istifadə olunan bu filamentlərin texniki xarakteristik xüsusiyyətləri haqqında məlumat ala bilərsiniz.

PLA filament

Tərkibində Polilaktik asid olan PLA filament, ABS ilə hər zaman müqayisə edilsədə sözsüz ki, ən çox istifadə olunan filament növlərindən biridir.

  • Sərtliyi ortadır,
  • Elastikliyi zəifdir,
  • Dözümlülüyü ortadır,
  • Çap temperaturu 180 – 230°C-dir,
  • Çap lövhəsi temperaturu 20 – 70°C-dir.

PLA filamentlə 3D çap etmək çox rahatdır. ABS filamentlərindən daha aşağı temperaturlarda 3D çap etməyə imkan verir. Çap zamanı çap lövhəsindən qopmur, soyulmur. PLA filamentin başqa bir üstünlüyü ondan ibarətdir ki, ABS kimi ətrafa pis qoxu yaymır. Çoxu zaman PLA filament iysizdir. Ancaq PLA filamentlərin istehsalçı növlərinə görə bu vəziyyət dəyişə bilər. PLA filamentin bir başqa yaxşı xüsusiyyəti demək olar ki, sonsuz sayda rəng çeşitinin olmasıdır. Qeyriadi rəngli və görünüşlü (məs, qaranlıqda parlayan) 3D modellərin çap edilməsi zamanı PLA növ filamentlərdən geniş istifadə olunur.

PLA digər filamentlərə nəzərən daha kövrək və tez sına biləndir. Bu səbəbdən telefon qoruyucusu, tez aşına bilən oyuncaqlar və ya cihaz qulpları kimi bükülə bilən modellərinizi PLA filamenti ilə çap etməməlisiniz. PLA filamenti 60°C-dən yuxarı temperaturlarda əriməyə meyilli olduğu üçün yüksək temperaturla işləyən modellərinizi PLA filamenti ilə çap etməməlisiniz. PLA filamenti bu nüanslara diqqət edərək istifadə etməyiniz tövsiyyə olunur.

ABS filament

Akrilonitril Butadien Stirol sözünün baş hərfləri olan ABS filament növü 3D çaplar zamanı PLA filamentindən daha az tanınır. Çap etməsi biraz daha çətin olsada keyfiyyətinə görə PLA filamentindən daha üstün hesab edilir. 3D printerin isti çap lövhəsi olmadan və çap lövhəsi üçün yapışdırıcı kley istifadə edilmədən ABS filamenti ilə çap olunan 3D model çap lövhəsindən qopmağa, soyulmağa meyillidir.

Adətən qəlibləmə ilə alınan modellərdə məsələn lego kərpiclər, velosiped qoruyucu başlıqları kimi məişət və istehlak mallarında ABS-dən geniş istifadə olunur.

  • Sərtliyi yüksəkdir,
  • Elastikliyi ortadır,
  • Dözümlülüyü yüksəkdir,
  • Çap temperaturu 210 – 250°C-dir,
  • Çap lövhəsi temperaturu 80 – 110°C-dir.

ABS filamenti ilə hazırlanan məhsullar yüksək davamlılığa və yüksək temperaturlara tab gətirmək qabiliyyətinə malikdir, lakin 3D printer həvəskarları 3D çap zamanı bu filamentin yüksək çap temperaturuna, təhlükəli dumanlarına qarşı çox diqqətli olmalıdırlar. O cümlədən, çap olunan modelin soyuması zamanı əyilmə riskinə qarşı hazırlıqlı olmalıdırlar. Çap zamanı 3D çap löhvəsinin qızmasından və otağın yaxşı havalandırılmasından əmin olmaq lazımdır.

ABS filamenti ilə çap olunan modellər sərt olur, yüksək stressə və temperatura tab gətirə bilir. Bu göstəricilər ilə demək olar ki, ABS filamenti 3D printer üçün yaxşı xammaldır. ABS filamenti ən çox çap olunan əşyanın sıx və yüksək temperaturlu mühitdə istifadə edilməsi zamanı tələb görür.

PETG (PET, PETT) filament

Polietilen tereftalat (PET), dünyada ən çox istifadə edilən plastik növlərindən biridir. Ən çox su qablarında istifadə olunan polimer kimi tanınır. Paltar liflərində və qida qablarında da istifadə olunur. 3D çapda xam PET nadirən istifadə olunsada PETG daha çox istifadə olunan 3D print filamentidir.

  • Sərtliyi yüksəkdir,
  • Elastikliyi ortadır,
  • Dözümlülüyü yüksəkdir,
  • Çap temperaturu 220 – 250°C-dir,
  • Çap lövhəsi temperaturu 50 – 75°C-dir.

PETG sözünün sonundakı “G” hərfi “qlikol” mənasına gəlir. 3D çap üçün xammal olaraq daha təmizdir, daha az kövrəkdir, çapı daha asandır. Bu səbəbdən PETG filamenti ABS və PLA filamentlərinin tam ortasında yerləşir. PLA filamentindən daha elastik və dözümlüdür, ABS filamentindən daha asan çap etmək olur.

Polietilen koTrimetilen Tereftalat (PETT) başqa bir PET variantıdır. PETG-dən bir qədər daha sərt olan bu 3D printer filamenti şəffaflığı ilə daha çox tanınır.

3D printer həvəskarları PETG-dən istifadə edərkən üç əsas məqamı yadda saxlamalıdırlar:

  1. PETG higroskopikdir, yəni havadan nəm udur. PETG-nin havadan nəm udması sonradan çap keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu səbəbdən PETG filamentini sərin, quru yerdə saxlamalısınız və lazım gələrsə istifadə etməzdən əvvəl qurutmalısınız.
  2. PETG filamenti çap zamanı yapışqan olur. Yapışqan olmağı 3D printer üçün xoş olmasada modelin qatlarının rahat yapışması üçün yaxşıdır.
  3. PETG ilə çap olunan modellər kövrək olmasada ABS ilə çap olunan modellərə nisbətən daha asan cızılırlar.

PETG filamenti elastikliyi, sərtliyi və yüksək temperaturlara və zərbəyə dözümlülüyüylə digər başqa 3D print filamentlərindən fərqlənir. Mexaniki parçalar, sənaye tipli parçalar kimi daimi istifadə olunan və stresə məruz qalan əşyalar üçün yaxşı seçim ola bilər.

TPU (TPE, TPC) filament

Termoplastik elastomerlər (TPE) rezin kimi keyfiyyətlərə malik əyilə bilən və dözümlü plastiklərdir. TPE filamentlərindən adətən avtomobil hissələri, məişət texnikası və tibbi ləvazimatların istehsalı üçün istifadə olunur.

  • Sərtliyi zəifdir,
  • Elastikliyi yüksəkdir,
  • Dözümlülüyü yüksəkdir,
  • Çap temperaturu 210 – 230°C-dir,
  • Çap lövhəsi temperaturu 30 – 60°C-dir.

TPE ko-polimerlərin və polimer qarışıqlarının geniş sinifidir. Yumşaq və uzana bilən bu filamentlər ABS və PLA-nın dözə bilməyəcəyi fiziki stresə tab gətirə bilir. Ancaq TPE filamentləri çap etmək elədə asan deyil.

Termoplastik poliuretan (TPU) TPE-nin xüsusi bir çeşididir və məşhur elastik 3D printer filamentlərindəndir. TPE ilə müqayisədə nisbətən TPU bir qədər daha sərtdir, ancaq bu çap edilməsini asanlaşdırır. Həm də bir az daha dözümlüdür və soyuqda elastikliyini daha yaxşı saxlaya bilir.

Termoplastik kopoliester (TPC) TPU qədər istifadə olunmasa da başqa bir TPE çeşididir. TPC filamentinin kimyəvi, UV şüalarına və istiliyə (150°C-ə qədər) yüksək müqaviməti onun əsas üstünlüyüdür.

Elastik xüsusiyyətli, ancaq çox aşınmaya məruz qalacaq əşyaları çap etmək istədiyiniz zaman TPE və ya TPU filamentlərindən istifadə etməyiniz tövsiyyə olunur. Nümunə modellərə oyuncaqları, telefon qablarını, taxıla bilən (qolbağ) əşyaları sadalamaq olar. TPC ilə çöl məkanlarda, zorlu şəraitdə, avtomobillərin hissələrində istifadə olunan əşyaları və detalları çap edərkən yaxşı nəticə verə bilir.

The post 3D Çap Zamanı İstifadə Olunan Filamentlərin Növləri appeared first on MakerPrint 3D Çap və Hissələri.

]]>
https://3dprinter.az/3d-cap-zamani-istifade-olunan-filamentlerin-novleri/feed/ 1