3D Printer Kursu
📣 “Makerspace Azərbaycan MMC” tərəfindən təşkil olunan “3D Printer Kursu”na qeydiyyat başladı. Sizləri kursumuzda görməkdən məmnun olarıq.
📌 “3D Printer Kursu”nun müddəti 1 ay olub, dərslər həftədə 1 dəfə (bazar günü) bir saat otuz dəqiqə olmaqla keçiriləcək. Ümumi 1 aylıq kurs müddəti ərzində 5 dərs keçiriləcək. Kursda tələbələr 3D printerə dizayn hazırlamaqdan tutmuş, dizaynı printer proqramında işləməyə və dizaynı çapa verməyə qədər hər mərhələni əyani olaraq görəcəklər. Kursda təlim müddətində aşağıdakı mövzular tələbələrə keçiriləcəkdir.
✅ TinkerCad proqramında dizaynın hazırlanması
✅ Dizaynın 3D proqramında çap üçün uyğunlaşdırılması
✅ 3D printerin ümumi quruluşu, işləmə mexanizmi haqqında
✅ 3D printerin çap prosesinə hazırlığı
✅ 3D printerdə çapın təşkili, dizaynın çapa verilməsi
✅ Hazır 3D dizayn platformaları, 3d dizayn üzərində sonradan düzəlişlərin aparılması
📣 Kursun aylıq ödənişi 60 manatdır. Yerlər məhdud saydadır.
Qeydiyyat linki: https://forms.gle/KvwfHvPAgtK5x8Ft6